Zelenskinin İrəvana rəsmi səfəri Rusiya-Ermənistan münasibətlərinə təsir edəcək? - POLİTOLOQ

Politoloq Elxan Şahinoğlu Ukrayna Prezidenti Volodimir Zelenskinin İrəvanda keçiriləcək Avropa Siyasi Şurasının toplantısında mümkün iştirakı ilə bağlı yayılan iddialara münasibət bildirib.
Avtosfer.az xəbər verir ki, onun sözlərinə görə, mayın 4-də İrəvanda baş tutacaq toplantıda Zelenskinin iştirak etməsi gözləniləndir və bu məsələ ətrafında “gizlilik” iddialarının məntiqi əsası yoxdur. Avropa Siyasi Şurasının əvvəlki bütün sammitlərində Ukrayna prezidenti iştirak edib və İrəvandakı toplantının istisna olması üçün ciddi səbəb görünmür.
Elxan Şahinoğlu qeyd edib ki, tədbirə dəvət olunan qonaqların siyahısı Ermənistan tərəfindən deyil, əsasən Avropa İttifaqı strukturları tərəfindən müəyyənləşdirilir. Ermənistan isə bu görüşdə sadəcə ev sahibi rolunu oynayır.
Ermənistanda bəzi radikal dairələrin Zelenskinin səfərinin Rusiya-Ermənistan münasibətlərinə təsiri ilə bağlı səsləndirdiyi fikirlər diqqət çəkir. Onun sözlərinə görə, bu cür açıqlamalar regiondakı geosiyasi təsirlərin davam etdiyini göstərir.
Ekspert hesab edir ki, Zelenskinin mümkün səfəri həm də siyasi mesaj xarakteri daşıya bilər. Bu, Cənubi Qafqazın artıq əvvəlki kimi yalnız bir güc mərkəzinin təsir zonası olmadığını nümayiş etdirməyə yönəlib.
Elxan Şahinoğlu əlavə edib ki, Avropa Siyasi Şurasının İrəvanda keçirilməsi Ermənistan rəhbərliyi üçün də mühüm əhəmiyyət daşıyır. Onun fikrincə, baş nazir Nikol Paşinyan bu platformadan istifadə edərək Avropa İttifaqı ilə əlaqələri daha da gücləndirməyə və siyasi dəstək əldə etməyə çalışır.
Eltac Zülfüqaroğlu
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi əbədidir" - VİDEO












