Zelenskinin Qafqaza səfəri Rusiyanı niyə narahat edir? - POLİTOLOQ

Politoloq Elxan Şahinoğlu Ukrayna Prezidenti Volodimir Zelenskinin region ölkələrinə səfərləri və bunun yaratdığı siyasi reaksiyalarla bağlı fikirlərini bölüşüb.
Avtosfer.az xəbər verir ki, politoloqun sözlərinə görə, Kreml və Rusiyaya yaxın media qurumları Zelenskinin Azərbaycana səfərini narazılıqla qarşılasalar da, bu məsələni geniş şəkildə gündəmə daşımayıblar. Bunun əsas səbəbi Moskvanın Azərbaycanı öz nüfuz dairəsində olmadığını və ölkənin Türkiyə ilə strateji müttəfiq münasibətlərə malik olduğunu qəbul etməsidir.
Elxan Şahinoğlu bildirib ki, Bakı müxtəlif dövlətlərlə sərbəst və balanslı əlaqələr qurur və Kreml də artıq bu reallıqla hesablaşmağa məcburdur. Onun fikrincə, eyni yanaşmanı Ermənistanla bağlı müşahidə etmək mümkün deyil.
Hərçənd Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın təsir dairəsindən uzaqlaşmağa çalışır, Moskva və ona yaxın dairələr hələ də Ermənistanı öz təsir zonasında olan ölkə kimi qiymətləndirirlər. Buna görə də Zelenskinin Avropa Siyasi Birliyinin sammitində iştirak məqsədilə İrəvana səfəri Kremlə yaxın qüvvələr tərəfindən daha sərt reaksiya ilə qarşılanıb.
Erməni radikal dairələri də Kremllə eyni mövqedən çıxış edərək Ukrayna Prezidentinin İrəvana səfərinin Rusiya-Ermənistan münasibətlərinə mənfi təsir göstərə biləcəyini iddia edirlər. Halbuki, Elxan Şahinoğlu vurğulayıb ki, Zelenskinin İrəvana dəvəti birbaşa Paşinyan hökumətindən deyil, Avropa Siyasi Birliyi çərçivəsində qəbul olunmuş qərardan irəli gəlir və sammit iştirakçılarını Brüssel müəyyənləşdirir.
Kreml və ona yaxın dairələr ümumilikdə Avropa Siyasi Birliyinin sammitinin İrəvanda keçirilməsini də Paşinyanın Rusiyadan uzaqlaşması kimi qiymətləndirirlər. O bildirib ki, 2026-cı ildə sammitin İrəvanda, növbəti ildə isə Bakıda keçirilməsi qərarı da Avropa strukturları tərəfindən qəbul olunub.
Elxan Şahinoğlunun fikrincə, Brüssel bu sammit vasitəsilə həm Ermənistanı Rusiyanın təsirindən uzaqlaşdırmağa çalışır, həm də ölkədə keçiriləcək parlament seçkiləri öncəsi Paşinyan hakimiyyətinə siyasi dəstək verməyi hədəfləyir.
Eltac Züıfüqaroğlu
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO












