Zərdab-Qaravəlli avtomobil yolu yenidən qurulur - FOTO

Zərdab rayonunda cari ildə tərtib olunmuş tədbirlər planına əsasən, icra olunan yol layihələrindən biri 11.4 km uzunluğa malik Zərdab-Qaravəlli avtomobil yolunun yenidən qurulması layihəsidir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Avtosfer.az-ın verilən məlumata görə, Ucar-Zərdab-Ağcabədi avtomobil yolundan ayrılan yerli əhəmiyyətli avtomobil yolu IV texniki dərəcəlidir və 4 kəndin 4 mindən artıq əhalisinin rayon mərkəzinə və qonşu rayonlara çıxışını təmin edir. Uzun müddətli istismar nəticəsində yol örtüyü tamamilə sıradan çıxıb, yol əsasında çoxlu sayda çökmələr, çalalar əmələ gəlib. Təbii ki, yolun bu vəziyyətdə olması gediş-gəlişi çətinləşdirməklə yanaşı, yol boyu kənd təsərrüfatının inkişafına da mənfi təsir göstərirdi.
Layihə çərçivəsində torpaq yatağının deformasiyaya uğramış hissələri qazılaraq çıxarılıb, yolun qazılmış və relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün tələb olunan qalınlıqda yararlı qrunt tökülərək yayılıb və kipləşdirilib, yeni yol yatağı inşa edilib.
Yol boyu suötürücü qurğular tamamilə sıradan çıxdığı üçün suların ötürülməsi məqsədi ilə müxtəlif diametrli 456 paqon-metr dəmir, həmçinin 72 paqon-metr dəmir-beton borular quraşdırılıb. “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yol əsasının inşası üçün qum-çınqıl və optimal-qırmadaş qarışığından istifadə olunur. Yol əsası hazır olan ərazilərdə artıq asfaltlanma işlərinə də başlanılıb. Tikinti layihəsinə uyğun olaraq yola 2 laydan ibarət və 12 sm qalınlıqda asfalt-beton örtüyü döşənir. Layihənin sonuncu mərhələsində yolun çiyin hissələri dağıldığından çiyinlərin bərkidilməsi, avtobus dayanacağının tikintisi, 306 siqnal dirəyinin, 52 yol nişanı və 11 km göstəricisinin quraşdırılması, həmçinin xətlənmə işlərinin aparılması nəzərdə tutulub.
Namiq
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA



















