Zərərli vərdişlərdən uzaq olaq

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Ağdaş şəhər Müşviq İsayev adına tam orta məktəbdə Polis və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Narkotik vasitələrsiz sağlam həyat” və “Dini radikalizmin təhlükələri” mövzularında məktəblilərlə görüş keçirilib.
Gənclərlə görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Rasim Mustafayev gəncləri pis vərdişlərdən uzaq olmağa və öz enerjilərini müsbət istiqamətdə yönəltməyə səsləyib. O, məktəbliləri diqqətli olmağa və asılılıq yaradan, insanı məhvə sürükləyən kənar təsirlərdən uzaq olmağa çağıraraq qeyd edib ki, bu cür maarifləndirici tədbirlərin məqsədi də məhz gənclərin gözəl və sağlam gələcəyə hazırlanması, onların düzgün istiqamətləndirilməsidir.
Dini radikalizmin fəsadlarından da söz açan şöbə rəisi bu mövzu barədə ətraflı məlumat verərək, onun yaranması səbəblərindən, dini radikalizmə qarşı aparılan mübarizədən danışıb. Ölkəmizdə mövcud olan ictimai-siyasi sabitliyin qorunmasında, dini radikalizmə qarşı mübarizədə gənclərin də fəal iştirakının vacibliyini vurğulayıb.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti












