Zərərli vərdişlərdən uzaq olaq

Göyçay şəhər 9 saylı tam orta məktəbdə “Narkomaniyasız sağlam həyat” və “Dini radikalizmlə mübarizə” mövzularında tədbir keçirilib. DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, tədbirdə çıxış edən Göyçay Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Sənan Əsədov narkotik vasitələrdən bir neçə dəfə istifadənin asılılığa səbəb olduğunu, daha sonra narkotik aludəçilərinin böyük problemlərlə qarşılaşdıqlarını bildirib. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı daxili işlər orqanlarının əməkdaşları tərəfindən aparılan mübarizə tədbirləri barəsində məktəblilərə geniş məlumat verib.
Gənclərə həmçinin dini radikalizmin hansı fəsadlar törətdiyi də izah olunub. Bu fəsadların qarşısını almaq üçün əsas dayanıqlı metodun dini maarifləndirmə olduğu bildirilib. Gənclərin radikal dini qrupların təsirinə düşmələrinin qarşısını almaq üçün dinin onlara düzgün şəkildə çatdırılmalı olduğu vurğulanıb.
Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
Fərid
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti













