“20 Yanvar”da qayda pozan sürücü və piyada mübahisə etdi: “İkimiz də maşın yolundayıq” - VİDEO

Qəzaların bir qisminin motosiklet və mopedlərin iştirakıyla baş verməsi təsadüfi deyil. Təəssüflə qeyd edək ki, motosiklet və moped sürücüləri arasında yol-hərəkəti qaydalarına əməl etməyənlər kifayət qədərdir. Xüsusilə zolaqla deyil, nəqliyyat vasitələrinin ortasıyla, yaxud kənarıyla hərəkət edən moto sürücülər təhlükə yaradırlar.
Paytaxtın Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində də qayda pozan motosiklet sürücüsü özünü videoya çəkərək sosial şəbəkədə paylaşıb. Belə ki, moto sürücüylə ondan geri qalmayaraq özünü təhlükəyə atan piyada arasında mübahisə yaranıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl günorta saatlarında “20 Yanvar” metrosu yaxınlığında qeydə alınıb. Tıxacda gözləmək istəməyən motosiklet sürücüsü zolaqdan kənar hərəkət edib. Bu zaman o, yolun hərəkət hissəsiylə gedən piyadayla üz-üzə qalıb. İşin ən gülməli məqamı isə onların bir-birinə irad bildirməsi olub. Sürücünün “Dayı, sən hardasan?” sualına, piyada “Bura motosiklet yeridir?” cavabını verib. Daha sonra sürücü “İkimiz də maşın yolundayıq”
deyərək gülüb və ərazidən uzaqlaşıb.
Nərmin
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB












