Banner

Qayda pozan piyadanın vecsizliyi sürücünün diqqətindən yayınmadı - VİDEO

Hadisə 27 Noyabr 2026 18:54
Qayda pozan piyadanın vecsizliyi  sürücünün diqqətindən yayınmadı  - VİDEO
WhatsApp kanalımıza abunə olun

Paytaxtın Suraxanı rayonunda qayda pozan piyada kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl günorta saatlarında Yeni Suraxanı qəsəbəsində qeydə alınıb.

Görüntülərdən aydın olur ki, piyada yolu təyin olunmamış yerdən, üstəlik yaxınlaşan avtomobilə diqqət yetirmədən keçib. Bu zaman o, həm özünü həm də sürücünü təhlükəyə atıb. Piyadanın əlləri cibində, heç nəyə məhəl qoymadan yolu keçməsi sürücünün də etirazına səbəb olub.

Diqqətçəkən məqam odur ki, hadisənin baş verdiyi nöqtədən bir qədər irəlidə piyadaların yolu təhlükəsiz keçməsi üçün nəzərdə tutulmuş piyada keçidi də var. Lakin piyada həmin keçiddən istifadə etmək əvəzinə yolu qadağan olunmuş yerdən keçməyə üstünlük verib.

Nərmin

bax.tvhttps://bax.tv/embed/229326.html

 

 

Oxunub : 194
ŞƏRH YAZ
Ad

E-mail

Şərh