61 yaşında kassadan pul oğurladı - 160 saatlıq cəzalandırıldı

Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 27 ünvanında yerləşən mağazanın kassasından pul oğurlayan 61 yaşlı şəxsə hökm oxunub. Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, 1964-cü ildə Tərtərdə anadan olmuş F.Ə. barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş açılıb və məhkəmədə baxılıb. Məlum olub ki, 61 yaşlı F.Ə. kassirin müştərilərə başının qarışmasından istifadə edərək kassadan 90 manat məbləğində pul oğurlayıb. Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək bildirib ki, əməlindən çox peşman olub. Maddi vəziyyəti ağır olduğu, dərman almağa pulu olmadığı üçün bu əmələ əl atıb. O qeyd edib ki, hazırda dəymiş ziyanı ödəməyə maddi imkanı yoxdur. Ancaq gələcəkdə ödəməyə çalışacaq. Məkəmənin qərarı ilə F.Ə. barəsində 160 saat ictimai işlər növündə inzibati tənbeh tətbiq olunub.
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO












