ABŞ İrana məxsus neft tankerini yenidən vurdu

ABŞ Silahlı Qüvvələri İranın cənubundakı Xarq adasında lövbər salmış “Belma NI 22” neft tankerinə yenidən iki raket zərbəsi endirib.
Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə İranın rəsmi İRNA agentliyinə Buşəhr vilayətinin siyasi və təhlükəsizlik məsələləri üzrə müavini Ehsan Cahanyan məlumat verib.
Rəsminin sözlərinə görə, tanker adadakı neft ixracı terminalında lövbər salıb və hücum anında onun çənləri boş olub:
“Sözügedən gəmi iki gün əvvəl də bənzər bir hücuma məruz qalmışdı. ABŞ-nin tankeri təkrar hədəf almaqda məqsədi onun neft ixracı terminalına yanaşmasının qarşısını almaq olub. Cümə axşamı gecəsi və cümə günü səhər saatlarında Buşəhr vilayətinin bir neçə məntəqəsi, eləcə də Dəşti rayonundakı bir obyekt ABŞ-nin hava zərbələrinə məruz qalıb”.
Məlumat üçün bildirək ki, Buşəhr vilayəti mühüm strateji obyektləri, əsas nüvə elektrik stansiyasını barındırması və Fars körfəzinə yaxınlığı baxımından İran üçün həyati əhəmiyyət kəsb edir.
Xatırladaq ki, ötən həftə ABŞ Prezidenti Donald Tramp fevralın 28-də ABŞ və İsrailin birgə qırıcı zərbələri ilə başlayan regional müharibənin rəsmən bərpa olunduğu barədə Konqresə bildiriş göndərmişdi. Rəsmi Vaşinqton İranın Hörmüz boğazında gəmilərə hücumuna cavab olaraq çərşənbə axşamı axşamından etibarən İran limanlarına qarşı dəniz blokadası elan edib.
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB












