Anasını qab yuduğu yerdə, bu sözlərinə görə öldürüb - Dəhşətli qətlin TƏFƏRRÜATI

Şəmkirdə baş verən dəhşətli qətlin təfərrüatları məlum olub.
Avtosfer.az-ın məlumatına görə, anasını küt alətlə qətlə yetirən Anar Allahverdiyevin psixoloji problemləri olub. Mərhumun yaxınlarının sözlərinə görə, hadisə vaxtı evdə Anar Allahverdiyev ilə anası Çiçək Sərdarova ikisi olub. Anar Allahverdiyev Azərbaycan Texnologiya Universitetinin bitirib.O işə qəbul olmaq üçün bir neçə dəfə imtahan verib. Lakin bütün imtahanlardan kəsilib.
Yaxınları onu da qeyd ediblər ki, Anar Allahverdiyev bir müddət əvvəl yenidən imtahan verib, elə bu imtahandan da keçə bilməyib. Bundan sonra 33 yaşlı Anar özünə qapanıb.
Mərhumun atası Natiq Allahverdiyev bildirib ki, hadisə baş verən vaxtı oğlu ilə həyat yoldaşı evdə tək olub. Natiq Allahverdiyevin sözlərinə görə, anası həmişə oğluna deyirmiş ki, atana köməklik et. Hadisə baş verən gün də ana övladına eyni sözləri dediyindən mübahisə yaşanıb. Qohumların sözlərinə görə, Anar Allahverdiyev anasını qab yuyan zaman qətlə yetirib.
Oğlu tərəfindən qətlə yetirilən 66 yaşlı Çiçək Sərdarovanın yaxınları onun çox sakit bir qadın olduğunu bildiriblər. Məlumata görə, 66 yaşlı qadın uzun müddət Qaracəmirli kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyib.Ötən il isə Çiçək Sərdarova təqaüdə çıxıb.
Qeyd edək ki, qətlə yetirilən Çiçək Sərdarovanın 3 oğlu olub. Anasını öldürən 33 yaşlı Anar Allahverdiyev subay olub. O, ruhi xəstəlikdən əziyyət çəkirmiş.
Xatırladaq ki hadisə bu gün günorta saatlarında Şəmkir rayonun Qaracəmirli kəndində baş verib. Kənd sakini 33 yaşlı Anar Allahverdiyev küt alətlə 66 yaşlı anası Çiçək Sərdarovanı qətlə yetirib.
Faktla bağlı Şəmkir rayon prokrorluğunda araşdırma aparılır./unikal.az
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO












