Arayik həmvətənlərinin qəbirləri dağıtmasını barbarlıq adlandırdı - MƏHKƏMƏ

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Arayik Haruyunyanın yer aldığı videomaterial nümayiş etdirilib və o, dövlət ittihamçılarının suallarını cavablandırıb.
Avtosfer.az "AZƏRTAC"a istinadən xəbər verir ki, videokadrlarda təqsirləndirilən şəxsin Samvel Karapetyanla birgə tankın üzərində oturub durbinlə ərazini müşahidə etdiyi görünür.
Dövlət ittihamını müdafiə edən prokurorların suallarını cavablandıran A.Harutyunyan videomaterialda danışdıqlarını yalan adlandırıb, bu fikirləri qardaşının adından səsləndirdiyini deyib.
O, Güllücə kəndinin (Ağdam rayonunun kəndidir – red.) tutulması barədə videoda səsləndirdiyi fikirlərlə bağlı isə bildirib: “Biz Güllücəyə girdik deyəndə 8-ci alayı nəzərdə tuturdum”.
Məhkəmə prosesində nümayiş olunan fotoşəkillərin bəzilərində Arayik Harutyunyan özünü tanıyıb. Şəkillərin əksəriyyətində o, hərbi formada görünür.
Baş Prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli təqsirləndirilən şəxsə BMT-nin qətnamələrinin niyə icra olunmaması barədə suallar verib.
O, suallara cavabında deyib: “Bu barədə qərar var idi. Amma niyə yerinə yetirilməməsini bilmirəm. Mən Levon Ter-Petrosyanla da görüşmüşdüm. Başa düşdüm ki, yekdillik olmayıb”.
Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandıran təqsirləndirilən şəxs 2018-2019-cu illərdə Ermənistanla keçmiş qondarma qurum arasında keçirilən iki iclasın birində iştirak etdiyini bildirib və deyib: “2020-ci ilin may ayında “prezident” vəzifəsini qəbul etdim. İyun ayında Ermənistanın baş naziri Nikol Paşinyandan xahiş etmişəm ki, iclas çağırsın. İstəyirdim ki, Azərbaycanla danışıqlar olsun, yekun razılığa gəlinsin. Həmin söhbətin içində BMT-nin dörd qətnaməsi də var idi”.
Dövlət ittihamçısı Vüsal Əliyevin Azərbaycanın vaxtilə işğal edilmiş ərazilərinin talanması barədə sualına cavab verən A.Harutyunyan qəbiristanlıqların dağıdılmasını barbarlıq adlandırıb.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi mayın 26-da davam etdiriləcək.
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB












