Arvadının saçını keçəl edən ərə - Hökm oxundu

Arvadının saçını keçəl qırxaraq ona əzab verməkdə ittiham olunan Tamerlan Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Avtosfer.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Nərimanov Rayon Məhkəməsində keçirilən sonuncu iclasda hökm elan olunub. Məhkəmə belə nəticəyə gəlib ki, təqsirləndirilən şəxsə verilmiş ittiham kifayət qədər əsaslıdır və çoxsaylı dəlil-sübutlarla təsdiqini tapıb. Hökmə əsasən, Tamerlan Məmmədov köməksiz vəziyyətdə olan şəxsə əzab verməkdə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ötən ilin oktyabrında bir qadının həyat yoldaşı tərəfindən döyülməsi ilə bağlı polisə məlumat daxil olmuşdu. Yayılan videoda kişinin həyat yoldaşının saçını keçəl qırxaraq ona əzab verdiyi əks olunurdu. Həmin görüntülər də məhz hadisəni törədən şəxs tərəfindən sosial şəbəkədə paylaşılmışdı. Hadisədən dərhal sonra T.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb edilib və barəsində həbs qətimkan tədbiri seçilib.

Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda maşın 69 yaşlı piyadanı vurub öldürdü
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO












