Arzumun rəfiqəsindən ŞOK AÇIQLAMA: "Ətrafında olanlar..."

“Arzumun həyatını ətrafına yeni soxulan insanlar məhv elədi. Hamısını ətrafdakı bəzi məxluqlar elədi". Avtosfer.az “Yeni Sabah”a istinadən xəbər verir ki, bu sözləri bu gün həbs edilən “TikTok” fenomeni İlduzə Hacıyevanın (Arzum9999) bloqçu rəfiqəsi və model Toma deyib.
O, "Arzum"la son görüşündən görüntüləri yayımlayaraq onun haqqında fikirlərini bölüşüb: “Arzumu tanıyan hamı bilir ki, nə olsa da, dilindədir, qəlbində kin yoxdur, düşməni belə gəlsə, barışar. Bilirsiniz, mən incikli idim Arzum ilə. Bu ilin fevralında barışdıq. Mən əməliyyat oldum, zəng elədi, maraqlandı, yenidən danışdıq, amma əvvəlki kimi görüşə bilmədik.
Bu son görüşümüzdə ifa elədiyi mahnını mənə dinlətdi. Hər şey videoda göründüyü kimi deyil, burada gülür, amma videonu yarımçıq kəsib hönkür-hönkür ağlayıb getdi bütün yolu. Biz bəzən publikaya acımızı göstərə bilmirik, içimizdə çəkirik, amma sizinlə danışanda gülürük ki, mənfi aura ötürməyək”.
O, "Arzum"un bu vəziyyətə düşməsində ətrafındakı insanların da rolunun olduğunu deyib:
“Çox təəssüf ki, onun həyatını ətrafına yeni soxulan insanlar məhv elədi. Bəziləri qızışdırdı ki, filankəslə dalaş, bəziləri dedi filankəsi şikayət elə, halbuki heç biri öz istəyi olmayıb, hamısını ətrafdakı bəzi məxluqlar elədi. Mən həmişəki kimi ona başa saldım, etmə, eləmə. Özü də razılaşırdı ki, düzdür, eləmərəm, amma yenə onu yıxan ətrafındakı boşboğazlar oldu. Düşmən bildiyimiz "xalq" qıyırdı, balalarımızı anasız qoyurdu. Mən inanmazdım ki, Azərbaycanda da bunu arzulayan minlərlə insan var, hətta bir ananın balasız qalmağını arzulayan elə özü ana olan şəxslərdir. Həyat bumeranqdır, heç kəs gülüb lağ elədiyi insanın həyatını yaşamadan ölməyəcək.
Arzunun səhvləri ola bilər, amma bu, onu baladan ayrı salacaq qədər ağır və qəddar səhv deyildi. Allah hamının qəlbinə vicdan versin, düşmənçiliyi də mərd yaşamaq lazımdır, namərd kimi kürəkdən vurmaqla yox! Allahın məhkəməsi sorğu-sualsızdır, hər şeyi haqqı, ədaləti O bərpa edəcək, inşallah... Allah qəlbinizə mərhəmət versin, qəddarcasına şərh yazanda düşünün, sonra yazın... Allah heç bir balanı anasından, onun qoxusundan, nəfəsindən ayrı salmasın”.
Qeyd edək ki, bu gün Xəzər Rayon Məhkəməsində İlduzə Hacıyevanın (Arzum9999) cinayət işi üzrə yekun hökm elan edilib. Məhkəmə onu 5 il 2 ay müddətinə azadlıqdan məhrum edib. Hökm oxunduqdan sonra Arzum məhkəmə zalında həbs olunub. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda maşın 69 yaşlı piyadanı vurub öldürdü
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO












