Avtobusda sərnişinin çantasından 440 manat oğurladı - Həbs olundu

Bakıda marşrut avtobusunda sərnişinin çantasından pul oğurlayan şəxsə azadlıqdan məhrumetmə cəzası verilib.
Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, məhkəmə materiallarına görə, hadisə 2026-cı ildə Xəzər rayonunun Buzovna qəsəbəsində baş verib. Təqsirləndirilən şəxs sərnişin qismində mindiyi marşrut avtobusunda yaranmış sıxlıqdan istifadə edərək digər sərnişin olan qadının çiynindən asdığı açıq əl çantasındakı pul kisəsini götürüb. Pul kisəsinin içərisində olan 440 manat nağd pulu mənimsədikdən sonra növbəti dayanacaqda avtobusdan düşərək hadisə yerindən uzaqlaşıb.
İstintaqla müəyyən edilib ki, pul kisəsində 440 manat nağd pulla yanaşı, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və bank kartı da olub. Təqsirləndirilən şəxs ifadəsində sənədlərin zərərçəkmişə qaytarılmasını istədiyini bildirib. Onun sözlərinə görə, pulu götürdükdən sonra pul kisəsini sənədlərlə birlikdə başqa bir marşrut avtobusunda oturacağın altına qoyub ki, tapılaraq sahibinə və ya polisə təhvil verilsin.
Məhkəmədə təqsirləndirilən şəxs ittihamı tam qəbul edib. O bildirib ki, avtobusda yaranmış sıxlıq zamanı açıq vəziyyətdə olan əl çantasını görərək oğurluq etmək qərarına gəlib. Götürdüyü 440 manatı sonradan şəxsi ehtiyaclarına xərclədiyini etiraf edib.
Təqsirləndirilən şəxs məhkəmədə əməlindən peşman olduğunu, zərərçəkmişin ona qarşı şikayət və tələbinin olmadığını qeyd edərək barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edib.
Məhkəmə onun əməlini Cinayət Məcəlləsinin 177.2.5-ci (zərərçəkmiş şəxsin əl yükündə, üstündə və ya yanında olan əmlakı oğurlama) maddəsi ilə tövsif edərək təqsirli bilib və 2 il 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.
Hökmə əsasən, təqsirləndirilən şəxsin şübhəli şəxs qismində saxlanıldığı bir gün cəza müddətindən çıxılıb və üzərində qəti olaraq 2 il 8 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.
Bakıda taksi çağıran türkiyəli turist maşını özü sürdü - Sürücü yuxuladı - VİDEO
Şəkidə avtomobil piyadanı vuraraq öldürdü
Bakı-Qazax yolunda TIR yanır - VİDEO
Ağdamda traktor minaya DÜŞDÜ - YENİLƏNİB
Dava salan sərnişini təyyarənin kreslosuna skoçladılar
Sürücülük vəsiqəsi olmadan maşın sürən narkoman sürücü HƏBS EDİLDİ - FOTO
Bakıda ərinin maşınına hücum edən qadın CƏZALANDIRILDI - VİDEO - YENİLƏNİB
Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı
Yasamalda qanunsuz parklanma: Küçə maneələrlə zəbt edilib - VİDEO - YENİLƏNİB
Yol dağılıb, çuxurlar dərinləşib: Çirkab sular da vəziyyəti ağırlaşdırır - VİDEO
Sərnişin avtobusunun yararsız təkərlə xəttə çıxması iddiası ilə bağlı AÇIQLAMA - VİDEO










