Avtobusda yaşanan insident sərnişin davranışını gündəmə gətirdi

Bakıya 2015-ci ildən etibarən müasir avtobuslar gətirildikdə uzun müddət maraqlı bir təşəbbüs icra edildi. Bir neçə il ərzində təzə avtobuslarda sərnişinlərə ictimai nəqliyyatda davranış qaydaları aşılandı. Əslində çox yaxşı təşəbbüs idi və indi də davam etməsi yerinə düşər.
Bu mövzuya müraciət etməyimin səbəbi bir neçə gün əvvəl 111 saylı marşrut avtobusda rastlaşdığım hadisə oldu. Dayanacaqda qadın təxminən 6-7 yaşlı uşağı hündürplatformalı avtobusdan düşürəndə uşaq büdrəyib yıxıldı. Qadın hay-küy salıb sürücünü təhqir etdikdə digər qadın sərnişinlər müdaxilə edərək aranı sakitləşdirdilər. Bu situasiyada sürücü tam haqlı idi. Dayanmış avtobusdan qadın birinci uşağı düşürüb sonra özü düşmək istəyəndə müvazinətini saxlaya bilmədi. Yəni, sırf fiziki qanun.
“Bakubus”un sərnişinlər üçün təlimatında deyilir: “Əgər sərnişin uşaqla avtobusa minibsə təhlükəsizlik qaydalarına xüsusi diqqət yetirməli, mənzil başına çatdıqda isə uşaqlardan öncə enməlidir. Əks halda uşaqlar avtobusun altına yıxıla və ya yolun hərəkət hissəsinə qaça bilərlər”.
Adətən gənc nəslin böyüklərə hörmət etməməsi, “o vaxt” (yəni, sovet dövrü) belə olmadığı barədə əsassız iddiaları tez-tez eşidirik. Halbuki, uşaqlara ictimai nəqliyyatda davranışımızla nümunə olaraq onların daha intizamlı vətəndaş kimi yetişməsinə dəstək ola bilərik.
Vüqar Yaşaroğlu
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB












