Avtomobilin Kürə düşməsi nəticəsində suda batan üçüncü şəxsin meyiti tapılıb

Tbilisidə minik avtomobilinin Kürə düşməsi nəticəsində suda batanlardan sonuncu şəxsin meyiti tapılıb.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, məlumatı Gürcüstanın Fövqəladə Halların İdarəetməsi Xidməti yayıb.
Bildirilib ki, aparılan axtarışlar nəticəsində avtomobil qəzası zamanı dostları ilə birlikdə çaya düşərək həlak olan gənc Giorgi Şamuqiyanın meyiti tapılıb.
Xatırladaq ki, hadisə mayın 14-də baş verib. İçərisində 4 nəfərin olduğu “Mercedes” markalı avtomobil “Ford”la toqquşaraq Kür çayına düşüb. Xilasedicilər 4 nəfərdən birini dərhal sudan çıxarda biliblər. Qəzaya düşən gənclərdən ikisinin meyiti tapılsa da, üçüncünün axtarışları davam etdirilib. Meyitlərin tapılması məqsədilə Kürdə suyun səviyyəsi sünii şəkildə azaldılıb. Nəticədə 1 ay öncə intihar etdiyi bildirilən Qardabani rayonunun Kosalı kəndindən olan Aytac Məmmədovanın da meyiti aşkarlanıb.
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB












