Avtomobilini baha satmaq istədi: 11 min manat CƏRİMƏLƏNDİ

Türkiyədə istehsalçının müəyyən etdiyi cari sıfır satış qiymətindən baha qiymətə ikinci əl avtomobil satışa çıxaran şəxsə yüksək məbləğdə cərimə tətbiq edilib.
Avtosfer.az xəbər verir ki, Türkiyənin Ticarət Nazirliyi vətəndaşlardan birinin müraciəti əsasında araşdırmaya başlayıb. Aparılan yoxlamalar zamanı ikinci əl “Tesla Model Y” avtomobilinin istehsalçı şirkətin rəsmi sıfır satış qiymətindən xeyli baha – 2,8 milyon türk lirəsinə (lirəsi təxminən 101 min manat) onlayn satış elanında yerləşdirildiyi müəyyən edilib.
Araşdırmanın nəticəsində elan sahibinin qüvvədə olan qanunvericiliyin tələblərini pozduğu təsdiqlənib və ona 325 min türk lirəsi(təxminən 11,7 min manat) məbləğində inzibati cərimə tətbiq olunub.
Məlumatı Türkiyə Ticarət Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr üzrə müşaviri Bekir Kaplan sosial media hesabında açıqlayıb. O bildirib ki, avtomobil bazarında süni qiymət artımına və spekulyativ hallara qarşı nəzarət tədbirləri fasiləsiz davam etdirilir.
Kaplanın sözlərinə görə, məqsəd bazarda şəffaf və ədalətli ticarət mühitini qorumaq, qiymət manipulyasiyalarının qarşısını almaqdır. O vurğulayıb ki, həm rəqəmsal platformalarda, həm də yerində aparılan yoxlamalar bundan sonra da davam edəcək və qaydaları pozan şəxslər barəsində ciddi tədbirlər görüləcək.
Qeyd edək ki, Türkiyənin "İkinci əl motorlu nəqliyyat vasitələrinin ticarəti haqqında" Əsasnaməsinə əsasən, ikinci əl avtomobillərin istehsalçı və ya rəsmi distribütor tərəfindən müəyyən edilən aktual sıfır satış qiymətindən yüksək məbləğə onlayn platformalarda satışa çıxarılması qadağandır. Bu tələbi pozan şəxslər barədə inzibati məsuliyyət tədbirləri tətbiq edilir.
Eltac Zülfüqaroğlu
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda maşın 69 yaşlı piyadanı vurub öldürdü
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO












