"Azərbaycan Dəmir Yolları"na 760 manat ziyan vuran şəxslər cəzalandırıldı

"Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus dəmir yolu avadanlıqlarını oğurlamaqda təqsirləndirilən şəxslərə hökm oxunub.
Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, iş materiallarına əsasən, təqsirləndirilən şəxslər maddi gəlir əldə etmək məqsədilə Beyləqan rayonu ərazisindən keçən dəmir yolu xətlərində yerləşən köhnə ağac şpalların üzərindəki rels altlıqlarını və şpal mıxlarını sökərək metal qəbulu məntəqəsinə satmağı planlaşdırıblar.
Onlar iki ayrı tarixdə Vətəgə–Daşburun və Daşburun–Bəhmənli dəmiryolu mənzillərinin müxtəlif hissələrindən ümumilikdə 41 ədəd R-65 tipli rels altlığı və 560 ədəd şpal mıxını gizli yolla oğurlayıblar.
Nəticədə "Azərbaycan Dəmir Yolları” QSC-yə 760,63 manat məbləğində maddi ziyan dəyib. Təqsirləndirilən şəxslər oğurlanmış əmlakı metal qəbulu məntəqəsinə apararkən polis əməkdaşları tərəfindən saxlanılıblar. Oğurlanmış dəmir yolu avadanlıqları aşkar edilərək götürülüb.
Məhkəmə baxışı zamanı hər iki təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilib, törətdiyi əməldən peşman olduğunu bildirib. Onlar vurulmuş zərərin ödənildiyini və zərərçəkmiş tərəflə barışıq əldə olunduğunu da qeyd ediblər.
Məhkəmə onların əməlini Cinayət Məcəlləsinin 177.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq) və 177.2.3-2-ci (boru kəmərləri, rabitə, enerji, neft, qaz, su, istilik xətləri və digər kommunikasiya sistemlərinin, o cümlədən dəmir yolu infrastrukturunun elementlərinə münasibətdə oğurluq) maddələri ilə tövsif edərək hökm çıxarıb.
Hökmə əsasən, təqsirləndirilən şəxslərdən biri 2 il, digəri isə 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Onların şübhəli şəxs qismində həbsdə saxlanıldıqları müddət qanunvericiliyin tələblərinə uyğun olaraq təyin edilmiş cəzadan çıxılıb.
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB












