Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi

Külli miqdarda xarici valyutanı Azərbaycana keçirmək istəyən gömrükdə saxlanılıb. Avtosfer.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Qazax rayonunda yerləşən "Qırmızı Körpü” gömrük postunda qeydə alınıb. İttiham aktına görə, Gürcüstan vətəndaşı olan 61 yaşlı Səid Bağırov (ad və soyad şərtidir) 94 min 270 ABŞ dollarını idarə etdiyi yük avtomobilində gizlədərək Azərbaycana keçirməyə cəhd edib. Lakin gömrük əməkdaşlarının yoxlaması nəticəsində Səidin gizlətdiyi pullar aşkarlanıb və onun barəsində qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb. Təqsirləndirilən şəxs bildirib ki, Azərbaycana gətirmək istədiyi 94 min 270 dollara (təxminən 160 min 259 manat) Bakıda həyət evi almaq istəyib. Onun sözlərinə görə, həmin pulun 32 min dolları qardaşına satdığı ata evinin pulu, 62 min dolları isə qardaşından borca aldığı puldur. Digər 270 dollar da şəxsi vəsaitidir. Səid qeyd edib ki, pulları əvvəlcə sağ qapıda qara bağlamada gizlədib. Beləcə külli miqdarda vəsaiti gömrük nəzarətindən gizli Azərbaycana qanunsuz keçirməyə cəhd edib. Postda gömrük əməkdaşları rentgen yoxlaması keçiriləcəyini dediyi üçün həmin bağlamadakı pulları götürərək maşının ayrı-ayrı yerlərində gizlədib. Həmçinin bu puldan başqa da üzərində 5300 dollar vəsait olub. Onun sözlərinə görə, həmin pul Gürcüstandan Azərbaycana banan daşıyan sürücülərin əməkhaqqı olub. Həmçinin 5300 dolların içərisində özünün 800 dollar maaşı da olub.
Səid Bağırov əməlindən peşman olduğunu deyərək barəsində yüngül cəza verilməsini istəyib.
Məhkəmənin qərarı ilə Səid Bağırov cinayət predmeti olan maddi vəsaitin 40 faizi miqdarında, yəni 64 min 103 manat məbləğində cərimələnib. O, həmin cərimə məbləğini hökm qanuni qüvvəyə minəndən sonra, 1 aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir.
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB












