Azərbaycanda ana övladını mirasdan məhrum etdirdi

Biləsuvar Rayon Məhkəməsində ananın oğluna qarşı gələcəkdə mirasdan məcburi pay almaq hüququndan məhrum edilməsi tələbinə dair mülki işə baxılıb.
Avtosfer.az xəbər verir ki, işin hallarına görə, iddiaçı oğlunun uzun müddət ərzində ona qarşı kobud və hörmətsiz davrandığını, ailə münasibətlərinin ciddi şəkildə pozulduğunu bildirərək, gələcəkdə ona məxsus əmlakdan məcburi pay almaq hüququndan məhrum edilməsini tələb edib.
Cavabdeh iddiaları qəbul etməyərək ailə üzvləri ilə mübahisənin əmlakın satılması məsələsindən qaynaqlandığını bildirib.
Biləsuvar Rayon Məhkəməsi iş üzrə tərəflərin izahatlarını, şahid ifadələrini, polis orqanlarına edilmiş müraciətlərlə bağlı sənədləri, səs yazılarını və digər sübutları araşdırıb.
Məhkəmə qeyd edib ki, qanunvericilik uşaqların, valideynlərin və ər-arvadın mirasda məcburi pay hüququnu tanısa da, müəyyən əsaslar olduqda miras qoyan hələ sağlığında məhkəməyə müraciət etməklə şəxsin bu hüquqdan məhrum edilməsini tələb edə bilər.
İş üzrə sübutları məcmu şəkildə qiymətləndirən məhkəmə tərəflər arasında uzun müddət davam edən münaqişələrin olduğunu müəyyən edib və cavabdehin anasına münasibətdə davranışını miras qoyana qarşı qəsdən sərt rəftar kimi qiymətləndirib. Məhkəmə həmçinin ailə münasibətlərinin qarşılıqlı qayğı, hörmət və ehtiram kimi dəyərlərə əsaslandığını, araşdırılan halda tərəflər arasındakı mənəvi və əxlaqi münasibətlərin ciddi şəkildə pozulduğunu qeyd edib.
Qətnamədə həmçinin vurğulanıb ki, mirasda məcburi pay institutu yaxın ailə üzvlərinin mənafelərinin qorunmasına xidmət etsə də, bu hüquq mütləq xarakter daşımır. Qanunda nəzərdə tutulan əsaslar mövcud olduqda miras qoyan hələ sağlığında məhkəməyə müraciət etməklə məcburi pay hüququ olan şəxsin həmin hüquqdan məhrum edilməsini tələb edə bilər.
Məhkəmə ailə münasibətlərinin yalnız hüquqi qohumluq əlaqəsi ilə məhdudlaşmadığını, qarşılıqlı qayğı, hörmət və ehtiram kimi mənəvi-əxlaqi dəyərləri də ehtiva etdiyini qeyd edib. Araşdırılmış sübutların məcmusu əsasında konkret işdə bu münasibətlərin ciddi şəkildə pozulduğu qənaətinə gəlinib.
Biləsuvar Rayon Məhkəməsinin qətnaməsi ilə iddia təmin olunub və cavabdeh anasına məxsus əmlakdan gələcəkdə məcburi pay almaq hüququndan məhrum edilib. Qətnaməyə əsasən, məcburi pay almaq hüququndan məhrumetmə mirasın açıldığı andan qüvvədə olacaq.
Bakıda uşaq skuterlə maşın yoluna çıxaraq təhlükə yaradıb - VİDEO
Qırmızı işıqda keçən piyada hələ sürücüyə “dərs” də verdi - VİDEO
Bakıda 6 dost gecə 4-də dəhşət yaşayıb - Biri öldü - FOTO
Azərbaycanda ZƏLZƏLƏ OLUB
ADMİU-da birinci kurs tələbələrinə qarşı zorakılıq: Rəhbərlik hərəkətə keçdi – VİDEO - YENİLƏNİB
Bakıda şok hadisə: Nəhəng ilanla taksiyə minmək istədi - VİDEO
Bakıda maşın piyadanı vuraraq ÖLDÜRDÜ
Qumbara partlayışı nəticəsində ölən Xədicə idmançı imiş - FOTO
Etibarnamə ilə maşın aldı, başına iş gəldi
Partlayan təkər 2 nəfəri öldürdü
Qusarda ƏMƏLİYYAT: Kəsici alətlə ictimai qaydaları pozan şəxs SAXLANILDI











