Azərbaycanda evlərdən qadın paltarları oğurlayan kişi həbs olundu

Ağsuda evlərdən oğurluq edən həbs olunub.
Avtosfer.az xəbər verir ki, hadisə şəhərin Hacı Zeynabalabdin Tağıyev və N. Tağızadə küçələrində qeydə alınıb.
35 yaşlı Oruc Şikarov (şərti adla) ayrı-ayrı vaxtlarda gecə saatlarında oğurluq etmək məqsədilə bu küçələrdə əlverişli şərait axtarıb. Nəticədə o, 2 evdə yaşayış olmadığını görüb. Beləcə evlərə qanunsuz daxil olaraq, qarət edib.
Oruc Şikarov ilk daxil olduğu evdən zərərçəkənin anasına hədiyyə aldığı 200 manatlıq paltonu oğurlayıb. Digər evdə də qadın paltarlarına üstünlük verib. O, qadın ayaqqabıları, alt paltarları, donlar, uşaq geyimləri, masa süfrələri, yataq dəstləri, həmçinin mətbəx əşyalarını götürərək ev sahibinə ümumilikdə 880 manat ziyan vurub.
Fakt əsasında O. Şikarov saxlanılıb və barəsində cinayət işi açılıb.
Təqsirləndirilən şəxs bundan əvvəl də oğurluğa görə həbs olunduğunu, lakin amnistiya qərarı ilə əfv olunduğunu deyib. Onun sözlərinə görə, oğurladığı paltarları Ağsu bazarında satıcı işləyən xanıma satıb. Şikarov əməlindən peşman olduğunu və zərərçəkənlərə vurduğu ziyanı ödədiyini bildirərək, barəsində həbslə bağlı olmayan cəza verilməsini istəyib.
Lakin zərərçəkənlər dəymiş ziyanın ödənilmədiyini deyiblər. Onlar Oruca veriləcək cəza qərarını məhkəmənin ixtiyarına buraxdıqlarını dilə gətiriblər.
Məhkəmənin qərarı ilə O. Şikarov 3 il 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. (modern.az)
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO












