Banner

Azərbaycanda sabiq vəzifəli şəxs restoranda dava saldı: Xəsarət alan var

Hadisə 12 Noyabr 2026 13:23
Azərbaycanda sabiq vəzifəli şəxs restoranda dava saldı: Xəsarət alan var
WhatsApp kanalımıza abunə olun

Mingəçevirdə sabiq vəzifəli şəxsin iştirakı ilə restoranda dava baş verib.

Avtosfer.az Teleqraf.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində yerləşən restoranlardan birində qeydə alınıb.

Məlumata görə, münaqişədə fəaliyyəti ləğv edilmiş 5 saylı Magistral Yolların İstismarı MMC-nin sabiq rəisi Arif Abbasov da iştirak edib.

Bildirilir ki, mübahisə zamanı A.Abbasov qarşı tərəfə xəsarət yetirib.

Hadisə ilə bağlı polis əməkdaşları əməliyyat tədbirləri həyata keçiriblər. Nəticədə Arif Abbasov saxlanılıb və faktla bağlı cinayət işi başlanılıb.

Mingəçevir Şəhər Məhkəməsinin qərarı ilə A.Abbasov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı araşdırma davam etdirilir.

Oxunub : 46
ŞƏRH YAZ
Ad

E-mail

Şərh