Azərbaycanda tanınmış cərrah əməliyyatı qüsurlu icra etdi: 32 min ödəyəcək

Tanınmış plastik-cərrah Ülviyyə Ağazadə "Azər-Türk Med"də gerçəkləşən əməliyyat zamanı sağlamlığına zərər vurduğu pasiyentinə 31 718 manat təzminat ödəyəcək.
Avtosfer.az "Teleqraf"a istinadən xəbər verir ki, bununla bağlı məhkəmə qətnamə qəbul edib.
Məlum olub ki, Ülviyyə Ağazadə tərəfindən icra olunan əməliyyatdan sonra xəstənin vəziyyəti ağırlaşıb və o, "Azər-Türk Med"dən başqa bir özəl klinikaya köçürülüb. Qadın buradakı müalicəsinə 27 000 manat civarında pul xərcləyib.
İş materiallarında pasiyent üzərində icra edilmiş abdominoplastika, bel, çanaq nahiyəsinin liposaksiyası, qasıq hissəsinin liposaksiyası cərrahiyyə əməliyyatının taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmədiyi qeyd olunub. Sənədlərdə əməliyyatın qüsurlu icrası zamanı yumşaq toxumaların zədələndiyi, bunun da sonradan xəstənin vəziyyətinin ağırlaşmasına, yəni postoperasion hemorragik şoka, kəskin böyrək və qaraciyər zədələnmələrinə, posthemorragik anemiyaya, bilateral nozokomial pnevmoniyaya və sepsisə səbəb olduğu öz əksini tapıb. "Azər-Türk Med"də göstərilmiş qüsurlu tibbi xidmət səhiyyə sistemində qüvvədə olan, Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş "Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları" 24.1 bəndinin (ona həvalə olunmuş vəzifə öhdəliklərini vaxtında və keyfiyyətli icra etməməsi) tələblərinin pozulması kimi qiymətləndirilib.
Qeyd edək ki, Ülviyyə Ağazadə də qarşılıqlı iddia qaldırıb. O, pasiyentin mövcud hadisə ilə bağlı KİV-dəki açıqlamalarını onun şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməsini, bu səbəbdən mənəvi zərərin əvəzi olaraq qarşı tərəfdən 3 000 manat tutulmasını xahiş edib. Məhkəmə Ülviyyə Ağazadənin tələbini rədd edib.
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB












