Azərbaycanda "Temu"ya qarşı iş qaldırıldı - SƏBƏB

Azərbaycanda “Temu” elektron ticarət platformasının sahibi olan “PDD Holdings” şirkəti barədə rəqabət qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb. Avtosfer.az xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb. Məlumata görə, daxil olmuş müraciət əsasında rəqabət orqanının öz təşəbbüsü ilə aparılan araşdırma nəticəsində şirkətin Azərbaycan Rəqabət Məcəlləsinin 16.2.1 (aşağı və ya yüksək inhisar qiymətlərinin tətbiqi), 16.2.7 və 16.2.8-ci maddələrinin tələblərini pozmasına dair əlamətlər müəyyən edilib. Bildirilib ki, “PDD Holdings” şirkəti “Temu” elektron ticarət platforması vasitəsilə rəqabəti məhdudlaşdıran qiymət siyasəti tətbiq etməklə hökmran mövqeyindən sui-istifadə edib. Hazırda işə baxılması davam edir.
Qeyd edək ki, sözügedən maddələr hökmran mövqedən sui-istifadə halları kimi aşağı və ya yüksək inhisar qiymətlərinin tətbiqini, rəqabəti məhdudlaşdıran qiymət siyasətinin həyata keçirilməsini, eləcə də iqtisadi və ya texnoloji əsas olmadan məhsulun maya dəyərindən aşağı qiymətə satılmasını nəzərdə tutur.
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO












