Azyaşlını qəzaya düşməkdən xilas etdi; qəhrəmana çevrildi – VİDEO

İngiltərənin paytaxtı Londonun Uimbldon bölgəsində türk restoran müdiri Onur İnci qəfil yola qaçan azyaşlı qızı xilas etmək üçün özünü motosikletin qarşısına atıb. Avtosfer.az “Bizim.Media”ya istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Hadisə şahidlərinin sözlərinə görə, intensiv hərəkət olan küçədə ailəsinin yanında olan azyaşlı qız qəfil yola doğru qaçmağa başlayıb. Həmin vaxt sürətlə gələn motosikletin uşağa yaxınlaşdığını görən restoran müdiri Onur İnci bir an belə tərəddüd etmədən yola atılıb.
O, uşağı təhlükəsiz zonaya itələməyi bacarsa da, özünü motosiklet vurub.
Hadisə yerinə dərhal təcili tibbi yardım və polis qrupları cəlb olunub. Xəsarət almayan azyaşlı qızın ailəsi böyük panika yaşayaraq Onur İnciyə təşəkkür edib və övladlarının məhz onun sayəsində sağ qaldığını bildiriblər.
İlk müdaxilədən sonra xəstəxanaya çatdırılan İncinin müayinə zamanı çiynindən ciddi xəsarət aldığı və əməliyyat olunacağı qeyd olunub.
Yerli sakinlər baş verənləri "əsl qəhrəmanlıq nümunəsi" kimi qiymətləndiriblər.
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB












