Baba dəcəllik edən nəvəsinə xəsarət yetirdi – Gəlini polisə şikayət etdi

Quba rayonunda 63 yaşlı kişi nəvəsinə xəsarət yetirib. Avtosfer.az-ın Teleqraf-a istinadən məlumatına görə, hadisə bu ilin yanvarın 2-də Quba şəhərində baş verib. 1963-cü il təvəllüdlü Kərəm həmin gün saat 11 radələrində yaşadıqları evdə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı nəvəsi Oğuzu (adlar şərti verilib – red.) vuraraq, ona xəsarətlər yetirib.
Kərəmin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Kərəm ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Məlahət onun gəlindir: “Məlahət oğlum ilə evli olub və hazırda isə ayrılıblar. Zərərçəkmiş Oğuz isə nəvəmdir. Yanvarın 2-də, saat 11 radələrində evdə olduğumuz zaman nəvəm məni əsəbləşdirdiyi üçün onun sol əlinin üst nahiyyəsindən bir dəfə yumruq zərbəsi ilə vurdum. Həmin zaman barmağımda üzük olduğunu üçün nəvəmin əli yaralandı. Bundan bir neçə gün sonra gəlinim məndən şikayət etdi”.
Zərərçəkmiş Oğuz ifadəsində bildirib ki, atası ilə anasının boşanıblar: “Anamın işləməsi səbəbindən ata babam Kərəmin yanında yaşayıram. Babam ilə münasibətlərimiz hər zaman yaxşı olub. Babam hər gün məni məktəbə aparıb, sonra da məktəbdən götürərək evə gətirib”.
Zərərçəkmiş qeyd edib ki, yanvarın 22-də, saat 11 radələrində evdə olduqları zaman dəcəllik etdiyini üçün babası əsəbləşib və onun sol əlinin üst nahiyyəsindən yumruqla vurub: “Əlimin üstündə yara əmələ gəldiyi üçün bir neçə gün əlimi anamdan gizlətdim. Hadisədən 2-3 gün sonra anam əlimi gördü və nə olduğunu soruşdu. Bildirdim ki, bir neçə gün əvvəl babam yumruqla vuraraq xəsarət yetirib”.
Quba Rayon Məhkəməsinin hökmü ilə Kərəm aylıq qazancından 10 faiz dövlət nəfinə tutulmaqla 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə ilkin tutulmaların aparıldığı vaxtdan hesablanması qərara alınıb.
Bakı-Ələt yolunda "Formula yarışı": Plastik maneələr sürücülərə təhlükə yaradıb - VİDEO
Taksidə söyüş söyüb pulu ödəmədən getdilər - BAKIDA - VİDEO
Xırdalanda “Hyundai” yandı - VİDEO
Paytaxtda dəhşətli qəza: ÖLƏN VAR
Bakıda yaşayış binasında yanğın olub - VİDEO
Boşanmaq üzrə olduğu arvadına silahla atəş açdı - VİDEO
Abortdan sonra vəfat edən 24 yaşlı qadının ölümü ilə bağlı YENİ DETALLAR - FOTO
Xocavənddə traktor minaya düşüb, sürücü xəsarət alıb - YENİLƏNİB
Kiberpolis əməliyyat keçirdi: Elcan Cəfərov saxlanıldı - VİDEO
Avtomobilini qarajda saxlayanlara XƏBƏRDARLIQ; yana bilər
Azərbaycanlı dənizçilərin olduğu gəmiyə Qara dənizdə DRONLA HÜCUM EDİLDİ - VİDEO










