Babasıgilə gedib dayısının 10 min manat pulunu oğurladı

Naxçıvanda dayısının pulunu oğurlayan şəxsə hökm oxunub. Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, Türkiyədən gələn K.Cəfərov Sədərək rayonunun Dəmirçi kəndində yaşayan babasının evinə gedib. Həmin vaxt babası ilə yanaşı evdə dayısı və nənəsi olub. Az sonra K.Cəfərovun babası və dayısı evdən çıxıb. K.Cəfərov nənəsinə yatacağını deyərək yataq otağına keçib. Həmin otaqda əl çantası görüb. Çantanın içində 10 800 manat və 100 dolar olub. K.Cəfərov pulları oğurlamaq qərarına gəlib və bu niyyətini həyata keçirib.
Hüquq-mühafizə orqanlarına müraciətdən sonra K.Cəfərov saxlanılıb. Ona Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayət işinə Sədərk Rayon Məhkəməsində hakim Hüseyn Zülfüqarovun sədrliyi ilə baxılıb.
K.Cəfərov məhkəmədə özünü verilmiş ittiham üzrə təqsirli bilib.
Məhkəmənin hökmü ilə K.Cəfərova 1 il 8 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun həbsdə saxlanıldığı 4 ay 2 gün 1 günə 2 gün hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 11 ay 27 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO












