Bağçanın 2 min manatlıq qazanlarını oğurlayan şəxs həbs edildi

Abbas Mirzə Şərifzadə küçəsi 88 ünvanda yerləşən 77 saylı körpələr evi-uşaq bağçasından oğurluq olub. Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, oğurluq hadisəsinə görə 1985-ci ildə Saatlı rayonunda anadan olmuş Azər Salamanov (soyad şərti) saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə cinayət işi açılıb və məhkəmədə baxılıb. Məlum olub ki, həmin şəxs bağçanın anbarının plastik pəncərəsini açmaqla saxlanc yerinə qanunsuz daxil olub.
O, bağlğçadan aşağıdakı əşyaları oğulayıb:
* 253,7 manat dəyərində, 40 litr tutumlu "nejavika" qazan
* 198 manat dəyərində, 40 litr tutumlu alüminium qazan
* 93,46 manat dəyərində, 30 litr tutumlu alüminium qazan
* 93,46 manat dəyərində, 10 litr tutumlu tefal qazan
* hər birinin dəyəri 67,97 manat olmaqla, cəmi 135, 94 manat dəyərində 2 ədəd 5 litr tutumlu tefal qazan
* 141,60 manat dəyərində, 20 litr tutumlu tefal qazan
* hər biri 28,32 manat olmaqla, cəmi 113,28 manat dəyərində 4 ədəd 20 sm ölçüsündə keramika tava
* 15,58 manat dəyərində bir ədəd böyük aşsüzən
* hər biri 11,50 manat olmaqla, cəmi 80,50 manat dəyərində 7 ədəd dəmir padnos
* hər biri 54,87 manat olmaqla, cəmi 109,74 manat dəyərində 2 ədəd böyük tefal tava
* hər biri 26,90 manat olmaqla, cəmi 53,80 manat dəyərində 2 ədəd balaca tefal tava
* hər biri 37,17 manat olmaqla, cəmi 148,68 manat dəyərində 4 ədəd 9 litr tutumlu emal ləyən
* hər biri 28,32 manat olmaqla, 283,20 manat dəyərində 10 ədəd 3 litr tutumlu emal qazan
* 59,47 manat dəyərində, bir ədəd 10 litr tutumlu emallı çaydan
* hər biri 60,18 manat olmaqla, cəmi 240,72 manat dəyərində 4 ədəd 32 sm ölçüsündə keramika tava
* 212,40 manat dəyərində, bir ədəd mətbəx üçün nəzərdə tutulmuş elektron tərəzi
Azər Salamanov bu hərəkəti ilə Bakı Şəhəri Təhsil İdarəsinə ümumilikdə 2233 manat 53 qəpik məbləğində maddi ziyan vurub. Məhkəminin qərarı ilə təqsirləndirilən şəxs 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bakıda avtobus ağır qəzaya düşdü - Yaralılar var - VİDEO - YENİLƏNİB
Kristal Abşeronun həyətində xaos: Hərəkət çətinləşdi - FOTO
Avtobus palçıqlı yolda batdı - VİDEO
Gəncədə itə qarşı amansızlıq: İşgəncəyə məruz qalan heyvan öldü - VİDEO
Gənc qadın 90-lıq yolda təhlükəli anlar yaşatdı - ANBAAN VİDEO
Maşında həyat yoldaşına şiddət göstərən rəqqas SAXLANILDI - VİDEO - YENİLƏNİB
TIR sürücüsü beton piltəni magistral yolda sürüdü - VİDEO
Xəbər aparıcısı polisdən qaçarkən qəza törətdi - FOTO
Bu qəsəbədə sürücülər asfaltsız yoldan, piyadalar səkisizlikdən əziyyət çəkir - VİDEO
Xırdalanda avtomobil qadını vurub ÖLDÜRDÜ
Mingəçevirdə avtomobil qadını vurub xəstəxanalıq etdi - VİDEO












