Bakı hava limanında qızıl əməliyyatı: "Xəstəyəm" deyib külçələri gizlətmək istədi

142 min manatlıq qızılı qaçaqmalçılıq yolu ilə ölkəyə gətirən şəxsin məhkəmə prosesi keçirilib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə ötən ilin avqustunda baş verib.
Belə ki, 23 avqust 2025-ci ildə təqsirləndirilən şəxs Dubay-Bakı aviareysi ilə Bakı şəhərinin Xəzər rayonu ərazisində yerləşən Hava Limanında fəaliyyət göstərən Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin sərnişin şöbəsində gömrük nəzarətinin "Qırmızı kanalı"na yaxınlaşıb. Bu zaman gömrük nəzarətindən keçərkən detektor səs etdiyi üçün Sərnişin şöbəsinin inspektoru tərəfindən "Body scan" aparatından keçməsi üçün həmin aparata yönləndirilib.
Təqsirləndirilən xəstə və yorğun olması bəhanəsi ilə aparatdan keçməyərək orada yerləşən "Özün et" masasının arxasına keçərək sağ tərəfdə olan stulda əyləşib.
İnspektor onun əynindəki şalvarın cibində saxladığı əşyanı masanın arxasına atıb "Body scan" aparatından keçdiyini, aparatda müayinə zamanı hər hansı hüquqpozma predmetinin aşkar olunmadığını müşahidə edib. Bununla əlaqədar həmin masanın arxasına baxdıqda orada qararəngli sellofan paketə bükülmüş halda kiçikölçülü bağlamanın olduğunu müəyyən edilib.
Bağlamaya keçirilən ilkin baxış zamanı yapışqan içərisində gömrük nəzarətindən gizlədilmiş 10 ədəd "Pamp" markalı qızıl külçənin olduğu aşkar edilib. Həmin külçələrə ətraflı baxış keçirilməsi üçün təqsirləndirilən şəxs tərəflərindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati binasına dəvət olunub. Ümumi çəkisi 712 qram təşkil edən 10 ədəd qızıl külçə qablaşdırılmaqla götürülüb.
Xəzər Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayətin predmetinin dəyərinin 40%-i miqdarında, yəni 56 884.8 manat cərimə edilib.
Həmçinin Dövlət Gömrük Komitəsinin mülki iddiası təmin edilərək qızıl külçələrin gömrük rəsmiləşdirilməsinə görə 18 285.44 manat məbləğində pulun təqsirləndiriləndən tutularaq DGK vasitəsilə dövlət büdcəsinə ödənilməsinə qərar verilib.
Bakıda avtobus ağır qəzaya düşdü - Yaralılar var - VİDEO - YENİLƏNİB
Kristal Abşeronun həyətində xaos: Hərəkət çətinləşdi - FOTO
Avtobus palçıqlı yolda batdı - VİDEO
Gəncədə itə qarşı amansızlıq: İşgəncəyə məruz qalan heyvan öldü - VİDEO
Gənc qadın 90-lıq yolda təhlükəli anlar yaşatdı - ANBAAN VİDEO
Maşında həyat yoldaşına şiddət göstərən rəqqas SAXLANILDI - VİDEO - YENİLƏNİB
TIR sürücüsü beton piltəni magistral yolda sürüdü - VİDEO
Xəbər aparıcısı polisdən qaçarkən qəza törətdi - FOTO
Bu qəsəbədə sürücülər asfaltsız yoldan, piyadalar səkisizlikdən əziyyət çəkir - VİDEO
Xırdalanda avtomobil qadını vurub ÖLDÜRDÜ
Mingəçevirdə avtomobil qadını vurub xəstəxanalıq etdi - VİDEO











