Bakıda aliment verməyən 45 yaşlı kişi həbs edildi

Bakıda aliment verməyən kişi həbs edilib. Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, Lənkəran rayon sakini, 1980-ci il təvəllüdlü R.İbrahimov 2008-ci ildə ailə həyat qurub və onun birgə nikahdan iki övladı olub. R.İbrahimov 2018-ci ildə rəsmi qaydada boşanıb və məhkəmə ona hər uşaq üçün 100 manat aliment tətbiq edib. Amma R.İbrahimov 2025-ci ilə qədər övladlarına aliment ödəməyib, müxtəlif üsullarla bu ödənişdən yayınıb.
Qarşı tərəfin şikayəti əsasında R.İbrahimov üç dəfə inzibati qaydada həbs edilsə də, yenə də həmin pulu ödəməyib. Buna görə onun səkkiz min beş yüz altmış üç manat aliment borcu yaranıb.
Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.
Nərimanov Rayon Məhkəməsinin hökmü ilə R.İbrahimov doqquz ay azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs edilib.
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO












