Bakıda görünməmiş hadisə: Yeni səki salınması NARAZILIĞA SƏBƏB OLDU - VİDEO

Bakının Nərimanov rayonu ərazisində yol kənarına yeni səkinin salınması sakinlərin narazılığına səbəb olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı videogörüntü yayımlanıb.
Şikayətçi iddia edib ki, Mirzəbala Əhmədzadə küçəsi ilə Əli Cabbar Orucəliyev küçələri arasındakı yolda səkinin genişləndirilməsinə ehtiyac yoxdur.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov bildirib ki, sözügedən ərazidə səki hissəsinin az, piyada axınının isə çox olması, eyni zamanda sakinlərin müraciətləri nəzərə alınaraq piyadaların rahat hərəkətini təmin etmək məqsədilə səki təşkil olunur.
"İşlər çərçivəsində həmin ərazidə 8 parklanma yeri ləğv olunur. Avtomobillərin parklanması üçün ətrafda kifayət qədər yer mövcuddur. Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində paytaxtda piyadaların maneəsiz hərəkətinin təmin edilməsi məqsədilə küçə və prospektlər üzrə səkilərin mövcud vəziyyəti araşdırılır, tələblərə uyğun səkilərin inşası və bərpası üçün zəruri tədbirlər görülür", - deyə T.Orucov bildirib.
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB












