Bakıda kişi arvadını ona cavab qaytardığına görə xəsarət yetirdi - 6 aylıq həbs olundu

Bakının Sabunçu rayonunda 1996-cı il təvəllüdlü İntizam həyat yoldaşı Aytənə (adlar şərtidir – red.) xəsarət yetirib. Avtosfer.az-ın "Demokrat.az"a istinadən məlumatına görə, hadisə ötən ilin mayın 1-də baş verib. Tovuz rayon sakini İntizam həmin gün səhər saat 5 radələrində yaşadıqları evdə ailə-məişət zəminində aralarında yaranmış münaqişə zamanı arvadı Aytənin üz və bədən nahiyələrindən qəsdən bir neçə dəfə əli ilə vurub.
İntizamın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən İntizam ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Aytən ilə ailə həyatı qurduqdan bəri aralarında mütəmadi mübahisələr olub:
“Mən kafedə ofisiant işlədiyim üçün və bədənimdə ağrılar olduğundan ara sıra spirtli içki qəbul edirdim. Hadisə olan günü də içkili vəziyyətdə evə gəldim və aramızda evə gec gəlməyimə görə mübahisə yarandı. Mübahisə zamanı Aytən mənimlə uca səslə danışdığına görə ona əsəbləşdim. Onun üz və bədən nahiyələrinə 2 dəfə əlim ilə zərbələr endirdim. Bundan sonra yataq otağına keçərək yatdım”.
Aytənin sözlərinə görə, İntizam ilə 5 illik evliliklərindən bir övladları olub:
“Ailəli olduğumuz müddətdə İntizamın içki içməyinə görə mübahisələr etmişik. Sonuncu dəfə də hadisə günü təxminən gecə saat 1 radələrində İntizam evdə olan pulu da götürərək getdi. Həmin gün təxminən saat 4 radələrində geri qayıdan zaman sərxoş vəziyyətdə idi. Mənim üzərimə gələrək lüzumsuz mübahisə yaratdı. Mübahisə zamanı üz və bədən nahiyəmə əli ilə bir neçə dəfə zərbələr endirdi, mənə xəsarət yetirdi”.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə İntizam 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsə cəzaçəkmə müddəti ərzində Bakı şəhərinin hüdudlarını tərk etməsi, hər gün axşam saat 23:00-dan növbəti gün səhər saat 06:00-dək yaşayış yerini tərk etməsi qadağan olunub. Bundan əlavə onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulub.
Qusarda ƏMƏLİYYAT: Kəsici alətlə ictimai qaydaları pozan şəxs SAXLANILDI
Məşhurların olduğu təyyarə TƏCİLİ ENİŞ ETDİ
Ermənistan rəhbəri İkinci Qarabağ müharibəsində ölənlərin sayını bilmirmi?
Yasamalda maşın yandı; polislər söndürdü - VİDEO
Bakıda infarkt keçirən vətəndaşa belə kömək etdilər – VİDEO - YENİLƏNİB
Coşqun və Ucalın öldüyü mərkəz məşhur iş adamına məxsus imiş
Şəkidə həlak olanların ADLARI BİLİNDİ - YENİLƏNİB
Agentlik yolu təmir etdi; vətəndaşın evini su basdı – VİDEO
Bakıda ağac elektrik dirəyinin üzərinə aşdı: Yol bağlandı - VİDEO
Aliment ödəməyən kişi keçmiş arvadının avtomobilini yandırdı
Qafqaz dağlarında 11 alpinist həlak oldu











