Bakıda kişi telefona çox baxan arvadını döydü - Məsuliyyətdən azad olundu

Bakıda kişi arvadını döyüb. Avtosfer.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində qeydə alınıb.
İttiham aktına görə, 24 yaşlı Səlim Novruzov (ad və soyad şərtidir) yaşadıqları evdə arvadının telefona çox baxması və bunun səbəbini bildirməməsinə görə qısqanaraq, qadına irad bildirib. Nəticədə tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı Səlim əl və ayaq zərbələri ilə arvadının bədəninin müxtəlif nahiyələrinə vuraraq, xəsarətlər yetirib.
Faktla bağlı Səlim saxlanılıb və barəsində cinayət işi başlanıb.
Təqsirləndirilən şəxs ifadəsində əməlindən peşman olduğunu və dəymiş ziyanı ödədiyini bildirib. Zərərçəkən qadın da həmçinin ərinə qarşı şikayət və tələbinin olmadığını deyib.
Məhkəmənin qərarı ilə cinayət təqibinə xitam verilib və Səlim Novruzov məsuliyyətdən azad olunub.
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda maşın 69 yaşlı piyadanı vurub öldürdü
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO













