Bakıda mağazadan 750 manat oğurladı - 8 il 6 ay həbs olundu

Bakıda mağazadan 750 manatlıq məhsul oğurlamaqda təqsirləndirilən Şövqi Dövlətovun cinayət işi üzrə məhkəməsi yekunlaşıb. Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə Ş.Dövlətov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı Babaxan Həsənəliyev məhkəməyə təqsirləndirilən şəxsin 11 il müddətinə azadlıqdan məhrum edilməsi təklifini irəli sürüb. Qeyd edək ki, Ş.Dövlətova qarşı Cinayət Məcəlləsinin 181.2.1-ci (Quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 181.2.5. (Quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Onu da qeyd edək ki, hadisə 2025-cu ildə Suraxanıda yerləşən marketlərdən birində baş verib.
İstintaqla müəyyən edilib ki, Şövqi Dövlətov marketə basqın edərək spirtli içkiləri yerə dağıdıb və kassadan 750 manat pul vəsaitini ələ keçirib.
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO












