Bakıda məsciddə yatan gənc ÖLDÜRÜLDÜ

Bülbülədə məsciddə yatan şəxsi qətlə yetirməkdə təqsirləndirilən Elvin Məmmədov 17 il azadlıqdan məhrum edilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Qeyd edək ki, hadisə ötən il Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində yerləşən "İmamzadə" məscidində baş verib. 1990-cı il təvəllüdlü Nadir Səfərovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırmalarla Nadir Səfərovun, 1996-ci il təvəllüdlü Elvin Məmmədov tərəfindən bıçaqla xəsarətlər yetirilərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda cinayət işi açılıb, Elvin Məmmədov Cinayət Məcəlləsinin 120.2.2 ( xuliqanlıq niyyəti ilə adam öldürmə) 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə məsuliyyətə cəlb olunub.(Mənbə: APA)
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO












