Bakıda nəvəsi az bal toplayan qayınata gəlininə xəsarət yetirdi

Bakıda qayınata gəlininə xəsarət yetirib. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Şüvəlan qəsəbəsində baş verib. 1961-ci il təvəllüdlü Həsənağa Quliyevin (adı və soyadı şərtidir) nəvəsi buraxılış imtahanı verib. Bir neçə gündən sonra onun buraxılış imtahanının cavabları açıqlanıb və məlum olub ki, yeniyetmə imtahandan cəmi 130 bal toplayıb. Ailə üzvləri bu barədə H.Quliyevə məlumat veriblər. Hadisədən əsəbiləşən H.Quliyev evə gələrək uşağın anası ilə mübahisə edib və uşağın az bal toplamasında gəlinini günahlandırıb. Nəticədə qayınata ilə gəlin arasında mübahisə olub. Mübahisə nəticəsində kişi gəlinini döyüb, stolun üstündəki stəkanı ona atıb. Stəkan gəlinin sifət nahiyəsinə dəyərək qırılıb və o, üzündən xəsarət alıb. Hadisə yerinə polis əməkdaşları gəliblər və H.Quliyev saxlanılıb. Faktla bağlı cinayət işi başlanılaraq Xəzər Rayon Məhkəməsinə göndərilib. Məhkəmə istintaqı zamanı tərəflər arasında barışıq elan olunub və cinayət işinə xitam verilib.
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB












