Bakıda “Niva” və "London taksi"sini qaçıran şəxs CƏZALANDIRILDI

Bakıda qaçırdığı "London Taksi"ni Binəqədi Rayon İcra Hakimiyyətinin həyətində saxlayan şəxs həbs olunub. Avtosfer.az-ın “Qaynarinfo”ya istinadən məlumatına görə, 1986-cı ildə Qazaxıstan Respublikasının Şevçenko şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı F.H. barəsində Cinayət Məcəlləsinin 177.2.4 və 185.2.2-ci maddələri ilə açılan cinayət işinə məhkəmədə baxılıb.
Məlum olub ki, təqsirləndirilən şəxs narkotik vasitənin təsiri altında Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsi ilə hərəkət etdiyi zaman "Niva" markalı "BL" dövlət qeydiyyat nişanlı maşının qapısının və baqajının açıq vəziyyətdə olduğunu, küçədə heç kimin olmadığını görərək avtomobilə əyləşib və onu işə salıb. 500 metr irəliyə sürdükdən sonra maşının oturacağının üzərində olan gödəkcənin cibindən 5280 manatı götürüb.
Hadisədən bir neçə gün sonra axşam saatlarında F.H. narkotik vasitənin təsiri altında Xətai rayonunda yol kənarında dayanmış tünd bənövşəyi rəngli "London Taksi" markalı, "NV" nömrə nişanlı avtomobili hərəkətə gətirərək Binəqədi rayonu, Azadlıq prospekti 179 ünvanında yerləşən Binəqədi Rayon İcra Hakimiyyətinin yanına sürüb. Təsiqləndirilən şəxsin yaşadığı ev sözügedən ərazidə olduğundan avtomoboli həmin əraziyə aparıb.
Məhkəmənin hökmü ilə ona 2 il 8 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












