Bakıda qazi dostu ilə birgə qədim samovarı oğurladı; bu cəzanı aldılar

Bakı şəhər Binəqədi rayonu Fatmayi bağlar massivində oğurluq etdiyinə görə tutulmuş 2 nəfərin məhkəməsi başa çatıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində 1995-ci il təvəllüdlü Fuad Babayev və dostu, 1993-cü ildə anadan olmuş Samir Müseyibova (ad və soyadlar şərtidir) hökm oxunub.
Məhkəmədə bildirilib ki, hər iki şəxs Fatmayidə 2 bağ evinə gizli şəkildə daxil olaraq, evlərdən antik əşyaları, elektronika avadanlıqlarını oğurlayıblar. Onlar oğurladıqları əşyaları paytaxtın mərkəzindəki antik əşyalar mağazasında və ikinci əl əşyaların satışı ilə məşğul olan şəxslərə satıblar.
Zərərçəkmiş şəxslərdən biri ifadəsində bildirib ki, 1 il imiş işlərinin çoxluğu ilə əlaqədar bağ evinə baş çəkmirmiş. O, evə getdikdə mənzildə oğurluq edildiyini və dəyəri 4000 manat olan qədim samovarın, eləcə də bir neçə digər dəyərli əşyanın yerində olmadığını görüb.
Polisə məlumat verildikdən sonra oğurluq törətmiş şəxslər saxlanılıb və barələrində cinayət işi başlanılıb.
O da məlum olub ki, oğurluğa görə məsuliyyətə cəlb edilən şəxslərdən 33 yaşlı Samir Vətən müharibəsi iştirakçısıdır və bir neçə medalla təltif edilib. Onun ilk dəfə cinayət törətməsi, Fuadın isə əvvəllər də məhkumluğunun olması qeyd edilib.
Məhkəmənin hökmü ilə Fuad Babayevə 2 il həbs cəzası verilib. Samir isə 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Onun üzərinə elektron qolbaq taxılıb.
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB












