Bakıda qızın qopmuş qolu yerinə bərpa olundu - FOTO

Azərbaycanda həkimlər ağır cərrahi əməliyyatla qopmuş qolu bərpa ediblər.
Avtosfer.az xəbər verir ki, 29 yaşlı qızın sol qolu ağır yol-nəqliyyat hadisəsi nəticəsində travmatik amputasiya olunub. O, Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə təxliyə edilib və əməliyyat olunub.
Əməliyyatdan sonra bərpa olunan damarlarda qan dövranı təmin edilib, ətrafda normal isinmə müşahidə olunub və nəticə olaraq xəstənin bilək və barmaqlarında hərəkət funksiyası bərpa edilib.
Qeyd edək ki, qopmuş qolun cərrahi yolla yenidən bədənə tikilməsi tibbdə replantasiya əməliyyatı adlanır və müasir mikrocərrahiyyə sayəsində bu əməliyyatın orta uğur şansı 70% ilə 90% arasındadır. Qol kimi böyük əzələ qrupuna sahib üzvlər qopduqdan sonra 6-8 saat ərzində əməliyyata alınmalıdır. Vaxt keçdikcə əzələ toxumasında ölüm (nekrozlaşma) müşahidə olunur. Bəzən 12-24 saat çəkə bilən əməliyyatdan sonra qolun tam işlək hala dönməsi üçün 1-2 il vaxt tələb olunur.

"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB












