Bakıda qumar oynayan taksi sürücüsü saxlanıldı - 3 min manat cərimələndi

Bakının Nərimanov rayonunda qumar oyununda iştirak edən şəxs inzibati məsuliyyətə cəlb edilib. Avtosfer.az-ın "Teleqraf"a istinadən xəbərinə görə, Vasif Bağırov (ad-soyad şərti verilib – red.) Nərimanov rayonu ərazisində “pin-up” və “mosbet” onlyan qumar saytına daxil olaraq qumar oyunları oynayıb. Bağırovun barəsində İnzibati Xətalar Məcəlləsinin 525-ci (qumar oyununda iştirak etmə) maddəsi ilə ittiham elan edilib. İş üzrə izahat verən Bağırov bildirib ki, taksi sürücüsü kimi işləyir, maddi imkanı olmadığı üçün internetdə qarşısına çıxan saytlara daxil olaraq qumar oyunları oynayıb: “Sonuncu dəfə fevralın 3-də Nərimanov rayonu ərazisində olarkən oynamışam. Heç bir uduş məbləği əldə edə bilməmişəm. Əməlimdən peşman olmuşam”.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Bağırov 3 min manat cərimə edilib.
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO












