Bakıda sərnişin avtobus sürücüsünü döydü - VİDEO

Bakıda sərinişinlə avtobus sürücüsü arasında insident yaşanıb. Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Nizami rayonu ərazisində qeydə alınıb. “Azland Plaza” şirkətinin rəhbəri Tağıyev Ramiz saytımıza bildirib ki, 49 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusun sürücüsü Qafarov Kamran Azər oğlu sərnişin tərəfindən döyülüb. Bunu əks etdirən görüntülər də redaksiyamıza təqdim olunub. İddiaya görə, insident sürücünün sərnişindən ödəniş etməsi tələbindən sonra baş verib. Faktla bağlı polisə məlumat verilib.
***
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, baş verən insidentlə bağlı Nizami RP-nin 23-cü Polis Bölməsində araşdırma aparılır. Zərərçəkən şəxsin izahatı alınıb. Əməli törədən şəxsin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Həmin görüntüləri təqdim edirik:
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO












