Bakıda vətəndaş məhkəmədən özünün həbsini istədi - Hakim qərar verdi

Bakıda içki aludəçiliyi olan şəxs məhkəmədən barəsində həbs qərarı çıxarılmasını xahiş edib.
Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, Nizami Rayon Məhkəməsinin hakimi Emin Axundovun sədrliyi ilə keçirilən prosesdə 1989-cu il təvəllüdlü H.V. barəsində İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri üzrə tərtib edilmiş protokola baxılıb.
Məlum olub ki, H.V. sərxoş vəziyyətdə olarkən səbəbsiz yerə qonşusunun qapısını təpiklə vurub və bu səbəbdən də saxlanılıb. O, məhkəmə iclasında əməlini etiraf edərək alkoqol asılılığından qurtulmaq üçün barəsində ən ağır inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş edib.
H.V.-nin vəkili də müdafiə etdiyi şəxsin törətdiyi inzibati xətanı səmimi etiraf etdiyini bildirərək, onun müalicə və islah olunması məqsədilə qanunvericilikdə nəzərdə tutulan inzibati tənbeh tədbirinin tətbiq edilməsini istəyib.
Məhkəmənin qərarı ilə H.V. 20 gün müddətinə inzibati qaydada həbs edilib.
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO












