Bakıda xanım alimin yaşı 9 il kiçildildi - Məhkəmə qərarı

Səhvən şəxsiyyət vəsiqəsində 9 yaş böyük göstərilən xanım elmlər doktorunun yaşı kiçildilib. Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, elmlər doktoru olan Eminli Tovuz Bəxtiyar qızının şəxsiyyət vəsiqəsində doğum tarixi səhvən 1976-ci il əvəzinə, 1967-ci il kimi göstərilib. 2003-cü ildə pedeqoji elmlər namizədi elmi dərəcəsi, 2017-ci ildə isə pedoqogika üzrə elmlər doktoru dərəcəsi almış Tovuz Eminli buna görə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etməli olub. Onun sözlərinə görə, məktəbə getməsi, ali məktəbə qəbul olunması və digər sənədlərlə sübut olunur ki, doğum tarixi səhvən 1967-ci il kimi göstərilib. Beləliklə yaşı səhvən 9 il böyük göstərilib ki, bu da gündəlik həyatında, iş fəaliyyətində müəyyən çətinliklər və anlaşılmazlıqlar yaradır. Üstəlik bir neçə il əvvəl xanım alimin Göygöl rayonundakı evindən oğurluq edən şəxslər pul, zinət əşyaları və həmin əşyaların saxlandığı yerdə olan doğum şəhadətnaməsini və bir çox sənədlərini də aparılblar. Tovuz Eminli 3 saylı Bakı "ASAN Xidmət" Mərkəzinə müraciət etsə də, məsələ öz həllini tapmadığından Nərimanov Rayon Məhkəməsində iddia qaldırmalı olub. Hakim Nərgiz Tağıyevanın sədrliyi ilə keçirilən məhkəmədə qərar verilib ki, yenidən veriləcək doğum haqqında şəhadətnamədə Eminli Tovuz Bəxtiyar qızının yaşı 1976-ci il kimi göstərilsin.
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO












