Bəybala Xankişiyevə "stop" qoyuldu

"Yeni Memar" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) direktorunun ölkədən çıxışına məhdudiyyət qoyulub. Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, şirkətin qanuni təmsilçisi və direktoru olan Bəybala Xankişiyevin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 Saylı Ərazi Vergilər Baş İdarəsinə ümumilikdə 38052,44 manat borcu olub. İdarə tərəfindən məhkəməyə müraciət edilib. Məhkəmənin qərarı ilə Bəybala Xankişiyevin ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılıb.
Qeyd edək ki, "Yeni Memar" şirkəti 1997-ci ildə Bakı şəhərində yaradılıb. Bununla bağlı şirkkətin saytında deyilir: "Memarı və mühəndisi layihələndirmə, tikinti və maliyyə müşayiətində dərin bilik və təcrübəyə malik olan şirkət "açar təhvili" layihələrin yaradılması ilə məşğul olur. Şirkətimizin əməkdaşları özəl müsabiqələrə, kommersiya təş kilatlarına və dövlət sifarişçilər inə geniş çeşidli, keyfiyyətli xidmət göstərməkdə uzun illərin təcrübəsinə malikdirlər".
Şirkət bir sıra bir sıra dövlət qurumların tenderlərinin qalibi olub.
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO












