Biləsuvarda ana yemək üstündə qızına xəsarətlər yetirib

Biləsuvarda ana yemək üstündə qızını döyüb. Avtosfer.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Amankənd kəndində qeydə alınıb.
Kənd sakini, 65 yaşlı Firuzə Əsədova (ad və soyad şərtidir) mübahisə zamanı qızını döyüb. Hadisəyə səbəb qızın öz övladına atasıgilin yeməyindən pay vermək istəməsi olub. Belə ki, Firuzə Əsədova qızının bu hərəkətinə irad bildirib və bundan sonra aralarında mübahisə yaranıb. Mübahisə zamanı ana qızının yaxasından tutaraq yerə yıxıb. Sonra təpiklə bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub. Nəticədə zərərçəkən xüsusən sifətindən müxtəlif xəsarətlər alıb. Bu əməlinə görə, F.Əsədova saxlanılıb və barəsində cinayət işi açılıb. Təqsirləndirilən şəxs zərərçəkənlə barışdığını və əməlindən peşman olduğunu deyərək cinayət təqibinə xitam verilməsini istəyib. Zərərçəkən şəxs də həmçinin ona dəyən ziyanın tam ödənildiyini bildirərək anasına qarşı şikayət və tələbinin olmadığını deyib. Məhkəmənin hökmü ilə cinayət təqibinə xitam verilib və Firuzə Əsədova məsuliyyətdən azad olunub.
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO












