Biləsuvarda iki gənc bıçaqlandı - YENİLƏNİB

Biləsuvarda bıçaqlanma hadisəsi zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, mayın 7-də saat 02:00-da 2006-ci il təvəllüdlü şəxs (kişi) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
"Ona sağ əlin və kürək nahiyəsinin açıq yarası diaqnozu təyin edilib. Pasiyent üzərində cərrahi əməliyyat icra olunub və hazırda vəziyyəti ağır qiymətləndirilir", - deyə məlumatda bildirilir.
***09:30
Biləsuvar rayonunda bıçaqlanma olub.
Avtosfer.az xəbər verir ki, hadisə rayonun mərkəzi ərazisində qeydə alınıb.
Belə ki, Biləsuvar şəhər sakini, 2003-ci il təvəllüdlü Rəhimli Kənan Ramil oğlu və 2006-ci il təvəllüdlü Şahbazov Tərlan Niyamədddin oğlu bıçaqlanıb.
Hər iki gənc rayon xəstəxanasına çatdırılıb.
Boğaz nahiyəsindən ağır bıçaq yarası alan K.Rəhimli dərhal rayon xəstəxanasında əməliyyata alınıb.
İlkin məlumata görə, gənclərə bıçaq xəsarəti eyni şəxs tərəfindən vurulub.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
***
Əməli törətməkdə şübhəli bilinən rayonun Bağbanlar kənd sakini, 24 yaşlı Səyyad Qəmbəri polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.
***
Yaralı K.Rəhimli əməliyyat olunub, həkimlər vəziyyətini qənaətbəxş qiymətləndirir.
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB












