Bir milyonluq dələduzluğa iki tanınmış idmançıya HÖKM OXUNDU

Kikboksinq Federasiyasının sabiq vitse-prezidenti, idmançı Səbuhi Rəcəb və kikboksinq üzrə üçqat dünya çempionu Elman Mirzəyevin cinayət işi üzrə iki ildir gedən məhkəmə araşdırması başa çatıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub.
Hökmə əsasən, müttəhimlər ikisi də külli miqdarda dələduzluqda təqsirli bilinib.
Səbuhi Rəcəbə əvvəlki cinayətdən 7 il 6 aylıq cəzası birləşdirilməklə 8 il 2 ay həbs cəzası, Elman Mirzəyevə isə şərti cəza verilib. Çempion azadlıqda qalıb.
Qeyd edək ki, Səbuhi Rəcəb bir neçə il əvvəl 3 nəfərə qarşı dələduzluğa görə məhkum edilib. Hazırda həbsdədir.
Bu dəfə isə o, 2021-ci ildə gəlinini amansızlıqla öldürən 75 yaşlı İdris Məhərrəmovun yaxınlarını aldatmaqda ittiham olunur. İş materiallarında yazılır ki, o, İ.Məhərrəmovun ev dustaqlığına buraxılması və yekunda yüngül cəza almasına kömək etmək adı ilə 155 min manat pul alıb. Sonradan Məhərrəmov 18 il azadlıqdan məhrum edilib.
Səbuhi Rəcəbin Elman Mirzəyevlə birgə cinayəti isə maşın alqı-satqısı ilə bağlıdır. İttihamda yazılır ki, idmançılar əlbir olaraq zərərçəkmiş şəxslərdən birinə dəyərindən artıq “Range Rover” və “Bentley” markalı avtomobillər gətirəcəkləri ilə bağlı yalan vəd verərək külli miqdarda pul ələ keçiriblər. E.Mirzəyev əvvəl həbs edilsə də, sonradan ev dustaqlığına buraxılıb.
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO












