Bloqer liposaksiya əməliyyatında ÖLDÜ

Qazaxıstanda tanınmış bloqer Səulə Bazarxan özəl klinikada uğursuz piy sovurma əməliyyatı zamanı dünyasını dəyişib, ailəsi həkimləri laqeydlikdə ittiham edir və faktla bağlı cinayət işi açılıb.
Avtosfer.az demokrat.az-a istinadən xəbər verir ki, mərhumun qızı sosial şəbəkə hesabında anasının faciəvi ölümü barədə paylaşım edib. Onun sözlərinə görə, hadisə bu il mayın 15-də qeydə alınıb. Yerli anesteziya ilə keçirilməsi nəzərdə tutulan planlı liposaksiya (piy sovurma) əməliyyatı faciə ilə başa çatıb.
Qızı bildirib ki, əməliyyat vaxtı bitsə də, saatlarla onlara heç bir məlumat verilməyib və anasının ölüm xəbəri yaxınlarına yalnız axşam saat 18:00 radələrində bildirilib. O, həkimlərin ölüm faktını gizlətdiyini iddia edib.
Hadisədən sonra Almatı Şəhər Polis Departamenti rəsmi açıqlama yayıb. Qurumun mətbuat xidmətindən bildirilib ki, Bostandıq Rayon Polis İdarəsi tərəfindən cinayət işi açılıb. Müvafiq istintaq hərəkətləri davam etdirilir və araşdırmaların nəticəsinə uyğun olaraq yekun hüquqi qərar veriləcək. Qazaxıstan qanunvericiliyinə əsasən, ibtidai istintaqın təfərrüatı açıqlanmır.
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO












