"Boeing" təyyarə qəzası qurbanının ailəsinə milyonlarla dollar təzminat ödəyəcək

ABŞ-nin Çikaqo məhkəməsinin qərarına əsasən, 2019-cu ilin mart ayında "Ethiopian Airlines" şirkətinə məxsus "Boeing 737 MAX" təyyarəsinin qəzaya uğraması nəticəsində həyatını itirən Samya Stumonun ailə üzvlərinə 49.5 milyon dollar məbləğində təzminat ödəniləcək.
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Efiopiyanın "Fana TV" telekanalı məlumat yayıb.
Məlumata görə, müvafiq qərar andlılar kollegiyası tərəfindən təsdiqlənib. Sözügedən aviaqəza ilə bağlı təyin edilən bu təzminat ilk deyil. Belə ki, bir il bundan əvvəl məhkəmə "Boeing" korporasiyasının hadisə zamanı həlak olan Şikxa Qarqın həyat yoldaşına 28.4 milyon dollar ödəməsi barədə qərar çıxarmışdı.
Aviaşirkət təyyarənin qəzaya uğramasına səbəb olan manevr xüsusiyyətlərinin avtomatlaşdırılmış sistemindəki texniki nasazlığa görə məsuliyyəti öz üzərinə götürdükdən sonra məhkəməyə təzminat tələbi ilə fərdi iddialar daxil olmağa başlayıb. İndiyə qədər korporasiya tərəfindən böyük məbləğlərdə ödənişlər edilib. Buraya "Ethiopian Airlines" da daxil olmaqla aviaşirkətlərə ödənilən 1.77 milyard dollar və qəza qurbanlarının qohumları üçün yaradılmış təzminat fonduna köçürülən 500 milyon dollar daxildir.
Xatırladaq ki, 2019-cu il martın 10-da Əddis-Əbəbə - Nayrobi marşrutu üzrə hərəkət edən "Boeing 737 MAX" sərnişin təyyarəsi Efiopiya paytaxtından havaya qalxdıqdan altı dəqiqə sonra yerə çırpılıb. Hadisə nəticəsində 157 nəfər həlak olub.
Gəncədə itə qarşı amansızlıq: İşgəncəyə məruz qalan heyvan öldü - VİDEO
Gənc qadın 90-lıq yolda təhlükəli anlar yaşatdı - ANBAAN VİDEO
Maşında həyat yoldaşına şiddət göstərən rəqqas SAXLANILDI - VİDEO - YENİLƏNİB
TIR sürücüsü beton piltəni magistral yolda sürüdü - VİDEO
Xəbər aparıcısı polisdən qaçarkən qəza törətdi - FOTO
Bu qəsəbədə sürücülər asfaltsız yoldan, piyadalar səkisizlikdən əziyyət çəkir - VİDEO
Xırdalanda avtomobil qadını vurub ÖLDÜRDÜ
Mingəçevirdə avtomobil qadını vurub xəstəxanalıq etdi - VİDEO
Piyada keçidi var, amma səkiyə çıxış yoxdur - ŞİKAYƏT - VİDEO
"Mercedes" KÜLƏ DÖNDÜ - VİDEO - YENİLƏNİB
Sabunçuda budanmış ağacın təhlükəli budağı maşınları əzə bilər - VİDEO












