Bu şlaqbaum narazılıq yaratdı - Nazirlik 1 dəfə sökübmüş - FOTO

Yasamal rayonu, Mətbuat prospekti 18/7, məhəllə 539 ünvanında qoyulan şlaqbaumlar narazılığa səbəb olub.
Avtosfer.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya müraciətində 24 saylı Vəkil Bürosunun üzvü Vüsal Kazımzadə bildirib.
Vəkilin sözlərinə görə, özünü MTK sədri və işçisi kimi təqdim edənlər 1 hektara yaxın əraziyə giriş-çıxışı qanunsuz olaraq məhdudlaşdırıb: “Üzvü olduğum büronun fəaliyyət göstərdiyi ünvanda yerləşən inzibati bina köhnə tikilidir və Azərbaycan Texniki Universitetinin müəllimlərinin binası kimi tanınır. Binanın həyətini və ətrafını əhatə edən ərazi bir neçə sakin, eləcə də özünü MTK nümayəndəsi kimi təqdim edən şəxslər tərəfindən əsassız və qanunsuz şəkildə zəbt olunub, hər iki tərəfə şlaqbaumlar qoyularaq buraya giriş-çıxışın qadağan edildiyi yazılıb. Beləliklə, binanın həyətinə avtonəqliyyat vasitələrinin daxil olması məhdudlaşdırılıb, bunun nəticəsində büronun fəaliyyəti çətin vəziyyətə düşməklə iş ahəngi pozulub. Nəticə etibarilə min kvadrat metrdən artıq olan və dövlətin mülkiyyətindəki ərazinin giriş-çıxışı məhdudlaşdırılmaqla, buraya həm də operativ nəqliyyat vasitələrinin girişi qadağan edilib”.
V.Kazımzadə əlavə edib ki, qeyd edilən ünvanda digər sahibkarlıq subyektləri, mağazalar da yerləşir: “Bir neçə nəfərin quraşdırdığı şlaqbaumlar ucbatından marketlərə mal gətirən kiçiktutumlu yük maşınlarının da hərəkəti məhdudlaşıb və sahibkarlar da çətinliklə üzləşiblər. Biz məsələ ilə bağlı aidiyyəti qurumlara, eləcə də FHN-ə, icra hakimiyyətinə, polisə müraciət etmişik”.
Əldə etdiyimiz məlumata görə, həmin binada sabiq müdafiə naziri Rəhim Qazıyev və bir sıra yüksəkvəzifəli şəxslər də yaşayır.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə sorğu ünvanladıq. Müraciətimizə cavab olaraq bildirildi ki, vətəndaş Kazımzadə Vüsal Fərman oğlu tərəfindən nazirliyin “112” zəng mərkəzinə ünvanlanan 14.01.2026-cı il tarixli müraciət əsasında FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən müraciətdə qeyd olunan Bakı şəhəri, Yasamal rayonu, M.Rahim küçəsi, 4A və Mətbuat prospekti, 18/7 ünvanlarının kəsişməsində yerləşən yaşayış binasının ərazisinə baxış keçirilib: “Binanın gediş-gəliş yolunun üzərində avtomatik çəpərləmə qurğusunun quraşdırılması faktı aşkar olunub. Pozuntulara yol verildiyinə görə yaşayış binasının yanğın təhlükəsizliyinə cavabdehlik daşıyan 24 saylı MKİS-nin əməkdaşı Mikayıl Paşayev barəsində inzibati xəta haqqında protokol tərtib olunub. Bununla yanaşı, sözügedən pozuntunun aradan qaldırılması üçün tərəfimizdən aidiyyəti üzrə yerli icra hakimiyyəti və hüquq mühafizə orqanlarına məktublar ünvanlanıb və qurğunun demontaj edilməsi təmin olunub.
Görülən işlərlə bağlı 28.01.2026-cı il tarixində vətəndaş Kazımzadə Vüsal Fərman oğlu məktubla məlumatlandırılıb.
Tərəfimizdən görülən tədbirlərin nəticəsi olaraq aidiyyəti qurumlar tərəfindən qurğunun demontaj edilməsinin təmin olunmasına baxmayaraq, yenidən vətəndaşlar tərəfindən şlaqbaum qurğusunun quraşdırılması ilə əlaqədar yenidən yanğın-texniki müayinənin keçirilməsi və qanunvericiliklə müəyyən olunmuş növbəti tədbirlərin görülməsi təmin olunacaq. Görülən işlərin nəticəsi ilə bağlı əlavə məlumat təqdim ediləcək”.


Yeni dələduzluq növü: Xarab telefonu qəsdən avtomobilə vuraraq pul tələb edir - VİDEO
Bakıda qadın azyaşlı övladı ilə 8 zolaqlı yolda qayda pozdu - VİDEO
Zaqatalada güclü külək FƏSADLAR YARATDI: Aşman ağaclar avtomobil yolunu bağladı - FOTOLAR
Xanım sərnişin taksidə siqaret çəkmək istədi – Sürücü... - VİDEO
Bakıda yeniyetməni oğurluğa cəlb edən şəxs 6 il azadlıqdan məhrum edildi
“TikTok”da canlı yayım açıb tülküyə işgəncə verdi: “Hədiyyə göndərməsəniz…” - VİDEO
Mərdəkanda dənizdə 4 nəfər batdı; 3-nün meyiti tapıldı - YENİLƏNİB
“Dərnəgül”də təhlükəli anlar: Piyada az qala avtobusun altında qalırdı - VİDEO
Bilgəhdə hərəkətdə olan avtomobil qəfil alovlandı - VİDEO
Keçiddən keçməyən piyada qəzaya səbəb oldu - REAL VİDEO
Maşınların şüşəsini qırıb oğurluq edən şəxs SAXLANILDI - FOTO - VİDEO










